Bank Of Baku

Azərbaycandakı lizinq şirkətlərinin lizinq portfelinin həcminə görə renkinqi

Azərbaycandakı lizinq şirkətlərinin lizinq portfelinin həcminə görə renkinqi
# 26 yanvar 2011 09:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə lizinq təşkilatlarının lizinq portfelinə görə sıralamasını təqdim edir.

Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq təşkilatlarının lizinq portfelinin 01.01.2011-ci il vəziyyətinə olan həcmi barədə məlumat verilir:

(mln. manat)

 

Lizinq təşkilatları

Lizinq portfeli

Unileasing 

38,69 

Joint Leasing 

28,81 

Ansar Leasing 

6,40 

Nikoil Leasing 

4,94 

AtaLeasing 

3,50 

Texnika Leasing 

3,40 

AGLeasing 

3,01 

MCB Leasing 

1,20 



Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında portfelin həcminə görə ilk yerdə «Unileasing» şirkəti qərarlaşıb. İlk üçlüyə həmçinin «Joint Leasing» və «AnsarLeasing» şirkətləri daxil olub. Bu üç şirkətin məcmu lizinq portfelinin həcmi 2011-ci ilin əvvəlinə təxminən 73,9 mln. manat təşkil edib. Sonrakı yerləri tutan 5 şirkətin lizinq portfelinin ümumi həcmi isə bu göstəricidən təxminən 4,5 dəfə azdır.

Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 12-si Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR