Bank Of Baku

Azərbaycandakı lizinq şirkətlərinin lizinqə verilən avadanlıqların dəyəri üzrə renkinqi

Azərbaycandakı lizinq şirkətlərinin lizinqə verilən avadanlıqların dəyəri üzrə renkinqi
# 26 yanvar 2011 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın maliyyə sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin əsas göstəricilərinin qiymətləndirilməsi layihəsi çərçivəsində «APA-Economics» bu dəfə lizinq təşkilatlarının lizinqə verilən avadanlıqların dəyəri üzrə sıralamasını təqdim edir.
Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətləri tərəfindən lizinqə verilən avadanlıqların (01.01.2011-ci il vəziyyətinə) dəyəri barədə məlumat verilir:

(mln. manat)

 

Lizinq şirkətləri

Avadanlıqların dəyəri

1

Unileasing

23,93

2

Nikoil Leasing

8,40

3

Ansar Leasing

7,98

4

AGLeasing

5,55

5

Joint Leasing

3,23

6

Texnika Leasing

2,88

7

MCB Leasing

1,79

8

AtaLeasing

1,38

9

Parex Leasing & Factoring

-



Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında verilən avadanlıqların dəyərinə görə ilk yeri «Unileasing» şirkəti tutub. İlk üçlüyə həmçinin «Nikoil Leasing» və «AnsarLeasing» şirkətləri daxildir. Bu üç şirkətin lizinqə verdiyi avadanlıqların məcmu dəyəri 2011-ci ilin əvvəlinə təxminən 40,31 mln. manata bərabər olub.

Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 12-si Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.

Qeyd edək ki, «Parex Leasing & Factoring» şirkəti 2010-cu ilin yekunları göstəricilərini təqdim etməyib və qeyri-rəsmi məlumatlara görə, bu, şirkətin maliyyə göstəricilərinin pisləşməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR