Bank Of Baku

Azərbaycanda məhkəmə hakimləri vergidən azad olunub

Azərbaycanda məhkəmə hakimləri vergidən azad olunub
# 26 yanvar 2011 13:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu, prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən «Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» qanunda nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik edilməsi haqqında qanuna əsasən, Azərbaycanda məhkəmə hakimləri səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərinin ödənilməsi üçün onlara verilən vəzifə maaşlarına aylıq pul təminatı gəlir vergisindən azad olunur.

Xatırladaq ki, indiyədək bu imtiyaza deputatlar və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vəzifəyə təyin olunan icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının) rəhbər işçiləri malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR