Bank Of Baku

«Rabitəbank» yeni ofisə köçüb

«Rabitəbank» yeni ofisə köçüb
# 26 yanvar 2011 13:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitabank» ASC yeni baş ofisə köçüb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni baş ofis paytaxtın 28 May küçəsi,33 ünvanında yerləşir.
«Yeni ofis 28 May küçəsi ilə hərəkət edərkən dəmir yolu körpüsünü keçdikdən sonra sağ tərəfdə yaşayış binasının birinci və ikinci mərtəbələrində yerləşir. Müştəri xidməti hissəsi birinci mərtəbədə, inzibati ofis isə ikinci mərtəbədə yerləşir», - deyə bankdan bildirilib.
Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın 35 404 müştərisi, 7 138 aktiv plastik kartı, 20 filialı, 27 bankomatı və 129 POS-terminalı mövcuddur. Bank Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və digər beynəlxalq maliyyə qurumları ilə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. Bankın filiallarından 6-sı Bakıda, 14-ü regionda yerləşir.

Bankın info-xətti ilə 133 və ya (050) 598 44 88 nömrələri ilə əlaqə saxlamaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR