Bank Of Baku

«Bank of Azerbaijan»ın bəzi filialları axşam saatlarında da xidmət göstərəcək

«Bank of Azerbaijan»ın bəzi filialları axşam saatlarında da xidmət göstərəcək
# 26 yanvar 2011 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC filial şəbəkəsinin işinin effektivliyini yüksəltmək məqsədilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında xidmət vaxtını 22:00-dək, şənbə günləri 21:00-dək və bazar günləri isə 18:00-dək artırıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bank iş saatlarında bank xidmətlərindən yararlana bilməyənlərin xahişini nəzərə alaraq, Müştərilərlə əlaqələr Departamentinin iş qrafikində müəyyən dəyişikliklər edib.
Bankın Xoyski küçəsi,2A ünvanında yerləşən 18 saylı «Gənclik» filialında iş günləri 09:00-dan 22:00-dək müştərilərə xidmət göstəriləcək. Şənbə günləri isə müştərilər 10:00-dan 21:00-dək, bazar günləri isə 10:00-dan 18:00-dək bu filialda istədikləri əməliyyatları həyata keçirə və lazımi məsləhətlər ala bilərlər.
Həmçinin, Sumqayıt filialı iş günlərində 22:00-dək, şənbə günləri 10:00-dan 21:00-dək, bazar günləri isə 10:00-dan 18:00-a kimi xidmət göstərəcək.
Qeyd edək ki, bankın «Nərgiz TM» şöbəsi iş vaxtı banka gələ bilməyən müştərilərin ehtiyaclarını və həmçinin «Nərgiz» ticarət mərkəzinin iş vaxtı rejimini nəzərə alaraq, həftənin bütün günləri uzadılmış iş vaxtı rejimində çalışır.
Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 16 filialı və 1 şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR