Bank Of Baku

Bakıda Azərbaycan və Yunanıstan Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

Bakıda Azərbaycan və Yunanıstan Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək
# 26 yanvar 2011 16:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Gələn həftə Bakıda Azərbaycan və Yunanıstan Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək.

Bu barədə APA-ya Yunanıstanın Azərbaycandakı səfiri İoanis Metaksas məlumat verib.

Onun sözlərinə görə, hökumətlərarası komissiyanın iclası fevralın 1-də keçiriləcək. İclasda iştirak etmək üçün Yunanıstanın xarici işlər nazirinin müavini, komissiyanın Yunanıstandan olan sədri Spiros Kuvelis Bakıya gəlməsi gözlənilir. S.Kuvelis fevralın 1-dən 3-dək davam edəcək səfəri çərçivəsində Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR