Bank Of Baku

Azərbaycanda son bir ildə bank aktivləri 14% artıb

Azərbaycanda son bir ildə bank aktivləri 14% artıb
# 27 yanvar 2011 07:25 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu il ərzində bank aktivlərinin həcmi 1 625,64 mln. manat və ya 13,9% artıb, o cümlədən dekabr ayında 593,75 mln. manat və ya 4,7% artıb:




Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi yanvarın 1-nə 8 574,25 mln. manat (xüsusi çəkisi 64,51%), müxbir hesablar 1 507,97 mln. manat (11,35%), investisiyaların həcmi 1 070,04 mln. manat (8,05%), nağd vəsaitlər 488,02 mln. manat (3,67%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 524,67 mln. manat (3,95%), digər aktivlər isə 1 125,85 mln. manat (8,47%) təşkil edib.

Kommersiya banklarının passivlərinin 83,68%-i bankların öhdəliklərin payına düşür. Belə ki, bank öhdəliklərinin həcmi 11 121,69 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 5 165,35 mln. manat depozitlər, 5 141,49 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 814,85 mln. manat digər öhdəliklərin payına düşüb. Bankların məcmu kapitalı 2011-ci il yanvar ayının 1-nə 2 169,12 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR