Bank Of Baku

Azərbaycanda iri dövlət şirkətlərinin gəlir və xərcləri araşdırılacaq

Azərbaycanda iri dövlət şirkətlərinin gəlir və xərcləri araşdırılacaq
# 27 yanvar 2011 07:51 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, qərara əsasən, iri vergi öödəyicilərində monitorinqlərin aparılmasına may ayından başlanacaq. Mayda monitorinq «Azərbaycan Hava Yolları» QSC və «Azərenerji» ASC-də aparılacaq və 2010-cu ilin II-IV rüblərini və 2011-ci ilin I rübünü əhatə edəcək.

İyulda monitorinq «Azərsu» ASC-da (2010-cu ilin II-IV rüblərini və 2011-ci ilin I-II rübləri üzrə) və «Bakıelektrikşəbəkə» ASC-də (2010-cu ilin III-IV rübləri və 2011-ci ilin I-II rübləri üzrə) aparılacaq.

Sentyabrda Dövlət Xəzər Dəniz Gəmiçiliyi (2010-cu ilin III-IV rübləri və 2011-ci ilin I-II rübləri üzrə), oktyabrda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (2010-cu ilin IV rübü və 2011-ci ilin I-III rübləri üzrə) və Bakı Metropolitenində (2010-cu IV rübü və 2011-ci ilin I-III rübləri üzrə) monitorinq aparılacaq.

Noyabrda isə gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqlər Dövlət Neft Şirkəti və «Azərbaycan Dəmir Yolları» QSC-də aparılacaq və 2010-cu ilin IV rübü və 2011-ci ilin I-III rüblərini əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR