Bank Of Baku

Azərbaycanda ötən il vergi borclarına görə 288 vergi ödəyicisinin əmlakı hərraca çıxarılıb

Azərbaycanda ötən il vergi borclarına görə 288 vergi ödəyicisinin əmlakı hərraca çıxarılıb
# 27 yanvar 2011 09:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda vergi borclarının yığılması məqsədilə 2010-cu ildə 18,6 min fiziki və hühuqi şəxsin bank hesablarına sərəncam qoyulub. Vergilər Nazirliyindən « APA-Economics»ə verilən məlumata görə, ötən il daha 9 bankda, bütövlükdə isə 25 bank və onların filiallarında olan bank hesablarına sərəncamların göndərilməsi və geri qaytarılması elektron formada aparılıb. Belə ki, 18 618 borclu vergi ödəyicisinin, yaxud sərəncam verilmiş borclu vergi ödəyicilərinin 55,7%-nin 298 752 bank hesabına sərəncamlar elektron formada verilib. Digər banklarla elektron sənəd mübadiləsinin təşkili istiqamətində işlər davam etdirilir.

Ötən il vergi borcunu vaxtında ödəməyən ödəyicilərin əmlakının siyahıya alınması barədə 50 424 qərar verilib, 33 449 halda borclar ödənildiyinə görə qərarlar bağlanıb, 1 312 halda əmlak siyahıya alınıb. Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün vergi orqanları tərəfindən borclu vergi ödəyicilərinə qarşı yerli iqtisad məhkəmələrinə 1 763 iddia verilib. Ötən il 288 borclu vergi ödəyicisinin, o cümlədən 160 fiziki şəxsin və 128 hüquqi şəxsin əmlakı hərraca çıxarılaraq satılıb.

Ümumilikdə, 2010-cu il ərzində vergi borclarının məcburi alınması və hüquqi tənzimlənməsi işlərinin təkmilləşdirilməsi, nəzarət tədbirləri nəticəsində vergi borclarının məbləği 1,6 mlrd. manat azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR