Bank Of Baku

Avstraliyada daşqınlarla əlaqədar xüsusi vergi tətbiq edilib

Avstraliyada daşqınlarla əlaqədar xüsusi vergi tətbiq edilib
# 27 yanvar 2011 10:47 (UTC +04:00)
Bakı - APA-Economics. Avstraliya Kvinslend ştatında baş verən daşqınların vurduğu zərəri kompensasiya etmək məqsədilə xüsusi vergi tətbiq edib.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, 0,5 faiz dərəcəli gəlir vergisi gəliri 50 min Avstraliya dollarından (təxminən elə bu həcmdə ABŞ dolları) çox olan vətəndaşlardan tutulacaq.

Gəliri 100 min dolları ötən vətəndaşlar isə 1 faiz dərəcəli gəlir vergisi ödəməli olacaq. Daşqınlardan zərər çəkən avstraliyalılara yeni vergi şamil olunmayacaq.

Bu verginin tətbiqi dövlət büdcəsinə 1,8 mlrd. dollar gəlir gətirəcək. Təbii fəlakətin vurduğu zərər isə 5,6 mlrd. dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR