Bank Of Baku

Azərbaycan ötən il gömrük yığımları üzrə büdcə proqnozuna 100,16% əməl edib

Azərbaycan ötən il gömrük yığımları üzrə büdcə proqnozuna 100,16% əməl edib
# 27 yanvar 2011 11:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2010-cu il üzrə büdcə proqnozunu 100,16% icra edib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, DGK keçən il 1 100,0 mln. manatlıq büdcə proqnozuna qarşı faktiki olaraq 1 101,730 mln. manat gömrük rüsumları və vergilər toplayıb. Əvvəlki il ilə müqayisə gömrük rüsum və vergilərinin yığımı təqribən 1% azalıb.

Qeyd edək ki, 2009-cu ilin yekunlarına görə, DGK büdcəyə 1 112,7 mln. manat köçürüb və bu, illik proqnozun 85,6% icra olunması deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR