Bank Of Baku

ABŞ büdcəsinin kəsiri bu il rekord həddə çatacaq

ABŞ büdcəsinin kəsiri bu il rekord həddə çatacaq
# 27 yanvar 2011 12:06 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ büdcəsinin kəsiri bu il rekord həddə - 1,5 trln. dollara çatacaq.

APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, ABŞ Konqresinin Büdcə idarəsinin açıqladığı hesablamalarda belə deyilir.

Kəsirin rekord həddə çatmasına səbəb zəif iqtisadi artım, dövlət xərclərinin və vergi güzəştlərinin yeni paketinin artmasıdır. Ötən illə müqayisədə büdcə kəsiri 200 mlrd. dollar artacaq.

Sentyabrın 30-da başa çatacaq cari maliyyə ilində büdcə kəsirinin ÜDM-ə nisbəti 9,8% olacaq. Sonuncu dəfə bu nisbət İkinci Dünya müharibəsi dövründə qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR