Bank Of Baku

Azərbaycan parlamentinin yaz sessiyasında yeni Gömrük Məcəlləsi qəbul olunacaq

Azərbaycan parlamentinin yaz sessiyasında yeni Gömrük Məcəlləsi qəbul olunacaq
# 27 yanvar 2011 15:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, fevralın əvvəlində Milli Məclisin komitələrinin birgə iclasında sözügedən sənəd müzakirəyə çıxarılacaq. Müzakirələr nəticəsində qərar verilərsə, Məcəllə yaz sessiyasına çıxarılacaq: «Məcəllə bir neçə ildir ki, hazırlanır və artıq müxtəlif dövlət qurumları tərəfindən rəylər alınıb. Məcəllə əsasən Avstraliya, Yeni Zelandiya, Kanada və Türkiyədən olan tanınmış alimlər və gömrük əməkdaşları tərəfindən hazırlanıb».

A.Əliyev onu da bildirib ki, yeni Gömrük Məcəlləsi dünya standartlarına cavab verən sənəddir və bir sıra ölkələrdə belə məcəllə artıq tətbiq olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR