Bank Of Baku

«Qarant Sığorta» şirkəti nizamnamə kapitalını 25% artıracaq

«Qarant Sığorta» şirkəti nizamnamə kapitalını 25% artıracaq
# 28 yanvar 2011 08:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti cari ilin əvvəlinə investisiya portfelinin həcmini 5 mln. manata çatdırıb. «APA-Economics»in məlumatına görə, bunu şirkətin İdarə Heyətinin sədri Vaqif Həsənov bildirib.

V.Həsənovun sözlərinə görə, investisiya portfelinin 20%-i qiymətli kağızların payına düşür. Qalan investisiyalar isə depozit şəkilində banklarda yerləşdirilib.

V.Həsənov həmçinin qeyd edib ki, şirkətin 2010-cu ilin yekununda 320 min manat həcmində əldə etdiyi mənfəət bütövlüklə kapitallaşmaya yönəldiləcək. Belə ki, həm mənfəət hesabına, həm də təsisçilərin dəstəyi ilə şirkətin nizamnamə kapitalının 25% artırılaraq 5 mln. manata çatdırılması planlaşdırılır.

Qeyd edək ki, hazırda sığorta şirkətinin sərmayə yatırdığı qiymətli kağızlar üzrə ortalama illik gəlirlilik 3-4% təşkil edir.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari il yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR