Bank Of Baku

Azərbaycanda pensiyalar indeksləşdiriləcək

Azərbaycanda pensiyalar indeksləşdiriləcək
# 28 yanvar 2011 09:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu pensiyaların baza sığorta hissəsi və fərdi uçot hesablarındakı sığorta kapitalının 2010-cu ilin yekunları üzrə inflyasiya səviyyəsinə uyğun indeksləşdirilməsi barədə müvafiq fərman layihəsi hazırlayıb və Prezident Administrasiyasına təqdim edib. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Fondun sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, müvafiq prezident fərmanının yaxın günlərdə imzalanması gözlənilir.

Qeyd edək ki, ötən il inflyasiya səviyyəsi 5,7% təşkil edib.

Fondun sədri həmçinin bildirib ki, bu cür addımlar gələcəkdə də atılacaq, yəni pensiyaların illik inflyasiya səviyyəsinə uyğun indeksləşdirilməsi həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR