Bank Of Baku

«Joint Leasing» şirkəti bu il yeni maliyyə mənbələrindən vəsait cəlb etməyi planlaşdırır

«Joint Leasing» şirkəti bu il yeni maliyyə mənbələrindən vəsait cəlb etməyi planlaşdırır
# 28 yanvar 2011 10:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Joint Leasing» şirkəti 2011-ci ildə maliyyə resurslarının diversifikasiyası məqsədi ilə yeni maliyyə mənbələrindən vəsaitlər cəlb etməyi planlaşdırır.

Şirkətin baş ofisidnən «APA-Economics»ə verilən məlumata görə, şirkət bu il ixracın maliyyələşdirilməsi sxemindən daha geniş istifadəni də nəzərdə tutub. Bu ilki planlara görə, il ərzində şirkətin səhmdarları «DH Leasing Ltd.» və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə maliyyə göstəricilərini daha da yaxşılaşdırmaq niyyətindədir.

Xatırladaq ki, «Joint Leasing» şirkəti 2007-ci il iyunun 14-dən etibarən «Azərilizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Şirkətinin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%).

Cari il yanvar ayının 1-nə şirkətin lizinq portfeli 28,81 mln. manat, məcmu kapitalı 3,437 mln. manat, lizinqə verilən avadanlıqların dəyəri 3,231 mln. manat, nizamnamə kapitalı 700 min manat, ötən il ərzində əldə etdiyi mənfəətin həcmi isə 1,632 mln. manat təşkil edib.

Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» 1999-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR