Bank Of Baku

Nursultan Nazarbayev Qazaxıstana fantastik iqtisadi inkişaf vəd edib

Nursultan Nazarbayev Qazaxıstana fantastik iqtisadi inkişaf vəd edib
# 28 yanvar 2011 12:37 (UTC +04:00)
Bakı - APA-Economics. Qazaxıstan prezidenti Nursultan Nazarbayev yaxın 10 il ərzində ölkənin iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını vəd edib.

APA-Economics”in xəbərinə görə, prezident parlamentdən xalqa illik müraciətində 2020-ci ilədək ÜDM-in 30% artımına nail olunacağını bildirib.

N.Nazarbayevin məhz 2020-ci ili, yoxsa yaxın onilliyi nəzərdə tutduğu məlum olmayıb. Qeyd edək ki, 30%-lik artım hətta kiçik iqtisadiyyatlar üçün də böyük göstərici sayılır. “RİA Novosti” xatırladır ki, sonuncu dəfə 30%-lik artım 2006-2007-ci illərdə Azərbaycana nəsib olub ki, bu da neftin qiymətinin kəskin artması sayəsində baş verib.

2010-cu ilin yekunlarından söz açan Qazaxıstan lideri adambaşına düşən ÜDM bu il yanvarın 1-nə 1994-cü il göstəricisini 12 dəfə üstələyərək, 9 min dollara çatıb: “2020-ci ilədək əhalinin sayı 18 mln. nəfərə çatacaq. İxtisaslaşmış mütəxəssislərin payı 40%, işsizliyin səviyyəsi 5% olacaq. Kənd təsərrüfatında məhsuldarlıq 2014-cü ildə iki dəfə artacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR