Bank Of Baku

Azərbaycanda bəzi reklamlar istehlakçıları aldadır

Azərbaycanda bəzi reklamlar istehlakçıları aldadır
# 28 yanvar 2011 12:38 (UTC +04:00)
Bununla əlaqədar «Reklam haqqında» qanuna dəyişikliklərin edilməsi zəruridir. «APA-Economics»in məlumatına görə, bu barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (Caspian-European Integration Business Club - CEIBC) nəzdində fəalliyyət göstərən «Xəzər Maliyyə Klubu»nun toplantısında bildirib.

İiş adamlarını sosial məsuliyyət məsələlərini yaddan çıxarmamağa çağıran millət vəkili analoji halların daha çox bank-sığorta xidmətlərinin reklamı sahəsində baş verdiyini bildirib: «Bəzi sığorta şirkətlərində müqavilələr elə tərtib olunur ki, xüsusi savadı olmayan adam onu başa düşə bilmir. Bəzi banklar yüksək faizlə əmanətlər cəlb etdiklərini bildirir, amma demirlər ki, bu faizi ödəmək üçün onlar kreditləri də yüksək dərəcə ilə verməlidir».

Komitə sədrinin sözlərinə görə, bu halların qarşısını almaq üçün «Reklam haqqında» qanuna hökmən dəyişikliklər edilməlidir: «Elə dəyişikliklər edilməlidir ki, reklamda sosial məsuliyyət prinsipləri də əksini tapsın».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR