Bank Of Baku

Azərbaycanda həyat sığortası üzrə yeni şirkət yaradılır

Azərbaycanda həyat sığortası üzrə yeni şirkət yaradılır
# 28 yanvar 2011 12:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin I rübündə «Alfa Sığorta» şirkətinin təsis etdiyi həyat sığortası üzrə yeni şirkətinin fəaliyyətə başlayacağı gözlənilir. Bunu «APA-Economics»ə açıqlamasında «Alfa Sığorta» şirkəti Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.

X.Məmmədxanlının sözlərinə görə, artıq bütün təsis sənədləri hazırlanıb və yaxın günlərdə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə təqdim ediləcək.

Bundan başqa, X.Məmmədxanlı bildirib ki, strateji plana uyğun olaraq, 2011-ci ildə sığorta haqlarının 52% artırılaraq 3,5 mln. manata çatdırılacağı proqnozlaşdırılır: «Bu ilki planlarda fərdi sığorta sektoru ilə yanaşı, «Kreditlərin sığortası» növünün inkişaf etdirilməsi sürətləndiriləcək».

Qeyd edək ki, hazırda Azərbaycanda həyat sığortası üzrə «Atəşgah Həyat» və «Qala Həyat» sığorta şirkətləri fəaliyyət göstərir.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 2,324 mln. manat, sığorta ödənişləri isə 0,288 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR