Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı bank sisteminin dəstəklənməsini artırıb

Azərbaycan Mərkəzi Bankı bank sisteminin dəstəklənməsini artırıb
# 28 yanvar 2011 13:04 (UTC +04:00)
Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, 2010-cu il ərzində kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlərin ümumi portfeli 546,4 mln. manat və ya 41,5% artıb. Təkcə dekabr ayında artım 195,8 mln. manat və ya 11,8% təşkil edib.

Qeyd edək ki, 2010-cu ilin dekabrında Mərkəzi Bank «SilkWay Bank»a mərkəzləşdirilmiş kredit (198 mln. manat) ayırıb. Həmin kredit isə öz növbəsi kommersiya bankı tərəfindən təyyarələrin alınması üçün «Azərbaycan Hava Yolları» QSC-yə (AZAL) subkredit kimi təqdim olunub.

AMB tərəfindən yenidənmaliyyələşdirmə mexanizmi vasitəsi ilə bank sisteminə likvidlik dəstəyinin artırılmasına 2009-cu ilin ortalarında maliyyə böhranı ilə bağlı olan likvidlik probleminin aradan qaldırılması məqsədi ilə başlanılıb. Nəticədə, yenidənmaliyyələşdirmə üzrə portfel 2009-cu il ərzində 5,7 dəfə artıb. Göründüyü kimi, 2010-cu ildə artım tendensiyası davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR