Bank Of Baku

«Paşa Bank» dövriyyəyə yeni kart məhsulları buraxıb

«Paşa Bank» dövriyyəyə yeni kart məhsulları buraxıb
# 28 yanvar 2011 15:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Paşa Bank” göstərdiyi xidmətlərin çeşidinin artırılması istiqamətində daha bir addım ataraq müştəriləri üçün bir sıra yeni kart məhsulunu buraxıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kartlar sırasında «Gömrük Kartı» məhsulu gömrük rüsumlarının ödənilməsini asanlaşdırmaq üçün nəzərdə tutulub. Nağd pulla aparılan ödənişləri və ya çox vaxt aparan bank köçürmələrini elektron ödənişlər səmərəli şəkildə əvəz edir. Əməliyyatlar yalnız gömrük terminallarında aparıla bildiyinə görə gömrük kartları xərclərə nəzarət etmək üçün yaxşı bir vasitədir.

«Korporativ Kart» məhsulu isə işgüzar fəaliyyətə bağlı xərclərə effektiv bir şəkildə nəzarət etməyə imkan verən mükəmməl vasitədir. Korporativ kart bankın korporativ müştərilərin səlahiyyətli işçilərinə nümayəndəlik xərclərini, inzibati xərcləri, eləcə də işgüzar səfərlərə aid xərcləri ödəmək üçün verilə bilər. Bu kart bir qlobal kartı olaraq dünyanın hər yerində qəbul edilir. Kart bir sıra unikal xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən biri dünyanın hər yerində həftənin 7 günü və günün 24 saatı fəaliyyət göstərən «Həll Et» komandasının mövcudluğudur. «Həll Et» komandası oğurlanmış, itirilmiş kartlar barədə məlumatı qəbul edərək kartı 48 saat ərzində yenisi ilə əvəz edir, ehtiyac olduğu zaman kart sahibini 2 saat ərzində təcili nağd pul avansı ilə təmin edir. Bundan başqa, xarici səfərlər zamanı kart sahibinə 24 saat hüquqi və tibbi məsləhətlər də verilir. Xarici səfərlər zamanı müştərinin tibbi və səfər sığortası da kartın təqdim etdiyi unikal özəlliklərdən biridir.

Bank öz korporativ müştərilərinə əmək haqqı ödənişlərini asanlaşdırmaq üçün yalnız «Paşa Bank»a məxsus xüsusiyyətlərə sahib «Əmək Haqqı» kartını da dövriyyəyə buraxıb.

«Paşa Bank» mövcud fərdi müştəri üçün də bir neçə kart məhsulu işləyib hazırlayıb ki, bunların arasında «Fleksi Kart» və «Premium» kartlarını xüsusi qeyd etmək olar.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR