Bank Of Baku

«Parabank»ın «Şəmkir» filialı yeni ünvana köçüb

«Parabank»ın «Şəmkir» filialı yeni ünvana köçüb
# 29 yanvar 2011 07:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin Şəmkir filialı yeni ünvana köçüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Şəmkirin 20 Yanvar küçəsi, 83 ünvanında yerləşən filialı yeni ünvana - rayonun S.Vurğun küçəsi, 179 ünvanına köçürülüb.

Bankdan bildirilib ki, filialın yerinin dəyişdirilməsinə əsas səbəb müştərilərin rahatlığının təmin edilməsi olub. Bankın yeni ofisi, iş günləri 09:00-dan 18:00-dək , şənbə günləri isə saat 10:00-dan 16:00-dək müştərilərə xidmət göstərir.

Bankın digər filialları kimi, «Şəmkir» filialı da fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak kreditl’ri, o cümlədən avtokreditlər, biznes kreditlərinin verilməsi, «Visa» plastik kartlarının sifarişi, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, «Western Union», «PrivatMoney», CMT (Caspian Money Transfer) ,»Bıstraya Poçta», «Blizko», «Zolotaya Korona», «Contact», «CoinStar» təcili pul köçürmələri üzrə geniş bank xidmətləri təqdim edir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın hazırda ölkə üzrə 16 filialı və 1 şöbəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR