Bank Of Baku

Vergilər Nazirliyi Azərbaycanda ticarət-iaşə obyektlərində nağd əməliyyatların minimuma endirilməsi üçün təkliflər hazırlayacaq

Vergilər Nazirliyi Azərbaycanda ticarət-iaşə obyektlərində nağd əməliyyatların minimuma endirilməsi üçün təkliflər hazırlayacaq
# 29 yanvar 2011 10:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqların yerinə yetirilməsini təmin edən Tədbirlər Planında vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, inhisarçılıqla mübarizə və qanunsuz sahibkarlığın qarşısının alınması tədbirlərinin gücləndirilməsi, həmçinin vergi sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətləri qeyd olunub.

«APA-Economics»in məlumatına görə, Tədbirlər Planında bu ilin yanvar-fevral ayında Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi, Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi, Vergi auditi baş idarəsi, Operativ nəzarət idarəsi, Vergi ödəyicilərinə xidmət idarəsi və Hüquqi təminat idarəsi tərəfindən ticarət, məişət, iaşə və digər obyektlərdə nağd əməliyyatların minimuma endirilməsi və POS-terminallardan plastik kartlar vasitəsilə əməliyyatların aparılmasının stimullaşdırılması məqsədilə təkliflərin hazırlanması göstərilir.

Həmçinin bu il ərzində Nazirliyin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi tərəfindən əmlak və torpaq vergilərinin hesablanması üçün Əmlak Məsələləri Dövlət Komitəsindən alınmış informasiya mənbələri hesabına vergitutma bazasının genişləndirilməsi, eyni zamanda Kommersiya-hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi və Vergi borclarının məcburi alınması işinin təşkili idarəsi tərəfindən Vergitutma bazasının genişləndirilməsi məqsədilə kameral vergi yoxlamaları üzrə nəzarətin gücləndirilməsi və əlavə hesablanmış vəsaitlərin dövlət büdcəsinə daxil olmasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tələbi qeyd olunur.

Planda cari il ərzində Analitik-informasiya şöbəsi tərəfindən nağdsız ödənişlərin, o cümlədən POS-terminallardan plastik kartlar vasitəsilə əməliyyatların aparılmasının zəruriliyi və əhəmiyyəti barədə KİV-də maarifləndirici məlumatların yayımlanması və çıxışların təşkil edilməsi öhdəliyi göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR