Siyahıda ikinci yerdə ABŞ qərarlaşıb. Belə ki, 2010-cu ildə ABŞ-ın Azərbaycanın əsas kapitalına yatırdığı investisiyaların həcmi 2009-cu ilə nisbətən 65,8% artaraq 359 383,1 min manata çatıb.
Reytinqdə üçüncü yeri 2009-cu ilin reytinq cədvəlində 7-ci olan, lakin hazırda Yaponiya kimi ölkəni üçlükdən kənarlaşdıran Çexiya tutub. Belə ki, Çexiyanın Azərbaycan iqtisadiyyatına 2010-cu ildə yatırdığı sərmayənin həcmi 216 695,1 min manat təşkil edib, bu isə 2009-cu illə müqayisədə 6,3 dəfə çoxdur. Yaponiya isə Azərbaycanın əsas kapitalına yatırdığı 180 105,4 min manat investisiya göstəricisi ilə siyahıda 4-cü olub. Buna baxmayaraq, Yaponiyanın ötən il Azərbaycana yatırdığı sərmayəsinin həcmi 59,2% artıb. Siyahıda 5-ci və 6-cı yerləri Norveç və Türkiyə bölüşdürür. Hesabat ilində Norveç investorları tərəfindən Azərbaycanın əsas kapitalına 111 866,2 min manat (+58,6%), Türkiyə investorları tərəfindən isə 94 801,5 min manat (+69,5%) sərmayə yatırılıb.
Sonrakı yerlərdə Cənubi Koreya, Fransa, Səudiyyə Ərəbistanı və İsveçrə qərarlaşıb. Maraqlısı odur ki, 2009-cu ildə siyahıda 9-cu yerdə olan Cənubi Koreya ötən il Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmini 3,3 dəfə artıraraq 7-ci pilləyə yüksəlib. Bununla yanaşı, 2009-cu ildə 6-cı pillədə olan Fransa investisiyalarını 27,3% azaldaraq iki pilə geriləyib.
Xatırladaq ki, 2010-cu ildə Azərbaycanın əsas kapitalına yönəldilmiş xarici investisiyaların ümumi həcmi 2 405,9 mln. manat təşkil edib və bu, 2009-cu ilə nisbətən 40,9% çoxdur.
Azərbaycanın əsas kapitalına vəsait yatırmış investor ölkələrin ilk onluğu siyahısı
| Ölkə | 2010-cu il (min AZN) | Xüsusi çəki (%) |
1 | Böyük Britaniya | 1 247 238,5 | 51,9 |
2 | ABŞ | 359 383,1 | 14,9 |
3 | Çexiya | 216 695,1 | 9,0 |
4 | Yaponiya | 180 105,4 | 7,5 |
5 | Norveç | 111 866,2 | 4,7 |
6 | Türkiyə | 94 801,5 | 3,9 |
7 | Koreya Respublikası | 40 225,1 | 1,7 |
8 | Fransa | 29 388,6 | 1,2 |
9 | Səudiyyə Ərəbistanı | 4 268,1 | 0,2 |
10 | İsveçrə | 2 179,7 | 0,1 |
YENİLƏNİB'>