Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» ötən il kredit portfelini 18% artırıb

«Azərbaycan Sənaye Bankı» ötən il kredit portfelini 18% artırıb
# 31 yanvar 2011 11:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 129,950 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə olan göstərici ilə müqayisədə 0,5% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 1,3% azalaraq 97,248 mln. manat, kredit portfeli 18% artaraq 72,039 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 50% artaraq 40,032 mln. manat təşkil edib. Bu müddət ərzində bankın məcmu kapitalı 4,8% artaraq 25,908 mln. manata, o cümlədən nizamnamə kapitalı 11% artaraq 22,114 mln. manata çatıb.

Qeyd edək ki, ötən il bankın ümumi gəlirləri 7,6% azalaraq 12,424 mln. manat, xərcləri isə 0,9% azalaraq 11,229 mln. manat olub. Nəticədə, ötən il bankın əldə etdiyi mənfəətin həcmi 44% azalaraq 1,194 mln. manat, xalis mənfəəti isə 1,122 mln. manat təşkil edib.

Bu müddət ərzində bank tərəfindən əlavə 6 bankomat və 33 POS-terminal quraşdırılıb. Eyni zamanda, bankda çalışan işçilərin sayı 2% arırılaraq 153 nəfərə çatdırılıb.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bankın ölkə üzrə 8 filialı, 29 bankomatı və 290 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR