Bank Of Baku

«Nikoil Bank» uduş kampaniyası çərçivəsində 4,5 mln. manat həcmində depozit cəlb edib

«Nikoil Bank» uduş kampaniyası çərçivəsində 4,5 mln. manat həcmində depozit cəlb edib
# 31 yanvar 2011 11:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Nikoil Bank» tərəfindən artıq başa çatmış «Nikoil-2011» uduşlu depozit kampaniyası çərçivəsində 4,5 mln. manat həcmində əlavə vəsait cəlb olunub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, 330-dan artıq əmanətçi uduş kampaniyasının qalibi elan olunub və mükafatlandırılıb.

Qeyd edək ki, kampaniya çərçivəsində noutbuk, mobil telefon, DVD-pleyer, fotoaparatlar kimi mükafatlarla yanaşı qalib gələn əmanətçilər hədiyyə olaraq plastik kart, əmanətin 90%-dək kredit xətti cəlb etmək imkanı kimi əlavə üstünlüklər əldə edib.

Xatırladaq ki, «Nikoil Bank»ın aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 186,250 mln. manat, depozit portfeli 65,145 mln. manat, o cümlədən əhalinin əmanətləri 54,860 mln. manat, kredit portfeli 147,582 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 79,384 mln. manat, məcmu kapitalı 30,595 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,500 mln. manat təşkil edib.

Təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil Bank» SİB 1997-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR