Bank Of Baku

Azərbaycanda nağd dollarla aparılan əməliyyatlar azalıb

Azərbaycanda nağd dollarla aparılan əməliyyatlar azalıb
# 31 yanvar 2011 12:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarından alınan nağd ABŞ dollarının həcmi 2010-cu il ərzində 5 201,6 mln. dollara bərabər olub ki, bu da 2009-cu ilin analoji göstəricisindən 10,4% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların satış həcmi isə il ərzində 1 241,6 mln. dollar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 12,5% azdır.

Müqayisə üçün xatırladaq ki, 2009-cu il ərzində ümumilikdə əhali 1 418,8 mln. dollar həcmində satış, 5 807,2 mln. dollar həcmində isə alış əməliyyatları aparıb. Bu isə 2008-ci ilə nisbətən müvafiq olaraq 2,5% az və 16,9% çoxdur.

Beləliklə, nağd dollarla aparılan əməliyyatlarda artım tendensiyası 2010-cu ildə azalma ilə əvəz olunub. Bunun əsas səbəbi kimi ölkədə konvertasiya əməliyyatlarına tələbatın azalması ilə bağlıdır ki, bu da öz növbəsində həm ölkə daxilində işgüzarlıq fəallığı, həm də pərakəndə idxalın azalmasının nəticəsidir. Bundan əlavə, Azərbaycana müxtəlif yollarla daxil olan dollar kütləsinin azalması da nağd bazara öz təsirini göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR