Bank Of Baku

«FINCA Azerbaijan» ötən il kredit portfelini 22% artırıb

«FINCA Azerbaijan» ötən il kredit portfelini 22% artırıb
# 01 fevral 2011 08:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» bank olmayan kredit təşkilatının kredit portfelinin həcmi 2011-ci il yanvar ayının 1-nə 84,147 mln. ABŞ dolları təşkil edib ki, bu da 2010-cu ilin əvvəli ilə müqayisədə 21,5% çoxdur.

Təşkilatın xüsusi layihələr üzrə rəhbəri Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində qrup kreditlərinin həcmi 25,4% artaraq 50,822 mln. dollara, fərdi kreditlərin həcmi isə 16,1% artaraq 33,325 mln. dollara çatıb.

Z.Nurməmmədov bildirib ki, 2010-cu il ərzində təşkilatın müştərilərinin ümumi sayı 8% artaraq 97 819 nəfər olub və bunun 73 753 nəfərini qrup müştəriləri (75,4%), 24 066 nəfərini isə (24,6%) fərdi müştərilər təşkil edib. Təhlil olşunan dövr ərzində təşkilatın qrup müştərilərinin sayı 7,9%, fərdi müştərilərin sayı isə 8,5% artıb.

Xatırladaq ki, «FINCA Azerbaijan» bank olmayan kredit təşkilatı kreditləri həmrəy kredit qruplarına aylıq 2,5-3%, kənd kredit qruplarına 3,5%, fərdi kreditləri isə 2-3%-lə ayırır. Təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin əvvəlinə təşkilatın nizamnamə kapitalı 5 min dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR