Bank Of Baku

Azərbaycanda bankomatların sayı 12% artıb

Azərbaycanda bankomatların sayı 12% artıb
# 01 fevral 2011 08:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bankomatların ümumi sayı 2011-ci il yanvar ayının 1-nə 1 892 ədəd təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 198 ədəd və ya 11,7% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvarın 1-nə bankomatların 1 053-i Bakı şəhərində, 839-i isə digər şəhər və rayonlarda yerləşib.

Eyni zamanda ölkə üzrə POS-terminalların sayı azalıb. Belə ki, yanvarın 1-nə POS-terminalların sayı 7 872 ədəd olub ki, bu da 2010-cu ilin əvvəlinə nisbətən 785 ədəd və ya 9,1% azdır. POS-terminalların 7 069-u Bakı şəhərində, 803-ü isə regionlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR