Bank Of Baku

Azərbaycanda avro ilə əməliyyatların həcmi artıb

Azərbaycanda avro ilə əməliyyatların həcmi artıb
# 01 fevral 2011 11:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən 2011-ci il ərzində banklar vasitəsi ilə satılmış nağd avronun həcmi 105,070 mln. avro, alış həcmi isə 1 017,936 mln. avro təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilə nisbətən satışın həcmi 65,1%, alış isə 38% artıb.

«Ekonomist» jurnalının ekspertləri «APA-Economics»ə açıqlamasında bildiriblər ki, nağd valyuta bazarında avroya marağın artması ilk növbədə Avrozona ilə pərakəndə ticarət əməliyyatlarının genişlənməsi ilə bağlıdır. Bundan başqa, son zamanlar avronun məzənnəsinin böyük dəyişkənliklərə məruz qalması onun qısamüddətli spekulyativ məqsədlərlə investisiya aləti kimi də istifadəsini artırıb ki, bu da dövriyyənin artmasına təsir edib.

«Ekonomist»in ekspertləri hesab edirlər ki, avronun uzunmüddətli investisiya aləti, yəni yığım valyutası kimi istifadəsi hələ də geniş istifadə olunmur və bu amilin nağd avro ilə əməliyyatların artmasında rolu böyük deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR