Bank Of Baku

BVF: Dünya iqtisadiyyatında natarazlıq yeni böhrana səbəb ola bilər

BVF: Dünya iqtisadiyyatında natarazlıq yeni böhrana səbəb ola bilər
# 01 fevral 2011 12:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dünya iqtisadiyyatında özünü yenidən büruzə verən köhnə natarazlıqlar və tarazlığın olmamasının yeni əlamətləri sözügedən iqtisadiyyatın yeni böhranına gətirib çıxara bilər.

«APA-Economics»in «Market News International» agentliyinə istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Dominik Stross-Kan bildirib.

Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatının bərpa olunmasına baxmayaraq, bu, Fondun görmək istədiyi bərpa prosesi deyil. Belə ki, hazırkı bərpa gərginliklə müşayiət olunur və bu da öz növbəsində yeni qlobal böhran üçün əsas ola bilər.

BVF rəhbərinin fikrincə, dünya iqtisadiyyatı üçün əsas təhlükə işsizliyin yüksək səviyyədə olması, həmçinin, maliyyə və ticarət sahələrində proteksionizmin artmasıdır. Buna baxmayaraq, D.Stross-Kan iqtisadiyyat üçün əsas təhlükə sırasına ölkələr arasında olan natarazlığı və ayrı-ayrı ölkələrdə tarazlığın olmamasını aid edib.

«Biz hazırda iqtisadiyyatın dinamikasını müşahidə edirik ki, bu da öz növbəsində narahatlıq doğurur - böhrandan əvvəlki natarazlıqlar yenidən qayıdır. Misal üçün, ABŞ iqtisadiyyatı xarici ticarət kəsirləri ilə daxili tələbat hesabına artır. Bununla yanaşı, Çin və Almaniya kimi xarici ticarətdə yüksək profisiti olan ölkələrdə ÜDM-in artımı ixracdan asılıdır. Bu cür natarazlıqlar bərpa prosesinin dayanıqlıqlı olması üçün risk yaradır», - deyə BVF başçısı bildirib.

Fondun rəhbəri onu da qeyd edib ki, hazırda inkişafda olan ölkələrin iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatından bir qədər yüksək templərlə artır. Bu da nəticədə inkişafda olan ölkələrin bəziləri üçün pis nəticələnə bilər.

Qeyd edək ki, ötən həftə BVF 2011-ci ildə dünya iqtisadiyyatının 4,4%, 2012-ci ildə isə 4,5% artacağını proqnozlaşdırıb. Fondun proqnozlarına əsasən, 2011-ci ildə inkişaf etmiş ölkələrdə 2,5%-lik, 2012-ci ildə isə 2,2%-lik iqtisadi artım qeydə alınacağı gözlənilir. İnkişafda olan ölkələrə gəldikdə isə, iqtisadi artım müvafiq olaraq 6,5% və 6,4% təşkil edəcəyi proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR