Bank Of Baku

«Rabitəbank» ötən il cəlb etdiyi əmanətlərin həcmini 28% artırıb

«Rabitəbank» ötən il cəlb etdiyi əmanətlərin həcmini 28% artırıb
# 01 fevral 2011 12:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Econmics. Azərbaycanın «Rabitəbank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 121,821 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə olan göstəricidən 17,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 17,5% artaraq 85,448 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 30,3% artaraq 23,737 mln. manat, 12 ayadək verilmiş kreditlər 24% artaraq 37,050 mln. manat, 12 aydan artıq müddətə verilmiş kreditlər 10,4% artaraq 42,409 mln. manat, həmçinin öz proqramı vasitəsi ilə verdiyi ipoteka kreditlərinin həcmi 12% azalaraq 5,629 mln. manat, problemli kreditlərin həcmi isə 36,8% artaraq 5,989 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın depozit portfeli 21,2% artaraq 102,840 mln. manat, o cümlədən əhalinin əmanətləri 27,9% artaraq 60,315 mln. manat, müddətli depozitlər 25,7% artaraq 56,353 mln. manat, tələb olunanadək depozitlər isə 38,6% azalaraq 3,961 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 0,8% artaraq 13,248 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,3% artaraq 10,103 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirləri 0,5% artaraq 14,542 mln. manat, o cümlədən faiz gəlirləri 0,8% artaraq 12,552 mln. manat, qeyri-faiz gəlirləri isə 1,3% azalaraq 1,990 mln. manat olub. Eyni zamanda, bankın xərcləri 9,4% artaraq 15,519 mln. manat, o cümlədən faiz xərcləri 29,4% artaraq 9,216 mln. manat, qeyri-faiz xərcləri 8,5% azalaraq 6,303 mln. manat, PR və marketinq xərcləri isə 24,4% azalaraq 0,133 mln. manata çatıb. Nəticədə, 2010-cu ildə bankın zərəri 0,977 mln. manat olub. Məlumat üçün qeyd edək ki, bank 2009-cu ili 0,286 mln. manat mənfəətlə başa vurub.

Bundan başqa, bu müddət ərzində bankın cəmi müştərilərinin sayı 4,1% azalaraq 36 016-ya, aktiv plastik kartların sayı isə 18,8% artaraq 7 002-yə çatıb. Həmçinin, bankın işçilərinin sayı 8,1% artaraq 330 nəfərə, orta aylıq əmək haqqı isə 1,8% artaraq 667 manat olub.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin əvvəlinə bankın 20 filialı, 28 bankomatı və 138 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR