Bank Of Baku

Son 5 ildə Azərbaycanda ÜDM-in adambaşına həcmi 2 dəfə artıb artıb

Son 5 ildə Azərbaycanda ÜDM-in adambaşına həcmi 2 dəfə artıb artıb
# 01 fevral 2011 13:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 5 il ərzində Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 2,2 dəfə artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əgər 2006-cı ildə Azərbaycanda ÜDM-in həcmi 18 746,2 mln. manat (20 983,0 mln. ABŞ dolları) təşkil edirdisə, 2010-cu ildə bu göstərici 41 574,7 mln. manata (52 137,8 mln. ABŞ dolları) çatıb.

ÜDM-in adambaşına həcminə gəldikdə isə, son 5 il ərzində bu rəqəm 2,1 dəfə artıb – 2006-cı ildəki 2 241,1 manatdan (2 508,5 dollar) 2010-cu ildə 4 653,3 manatadək (5 797,8 dollar).

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2011-ci ildə ölkə iqtisadiyyatının 3,8% artacağı gözlənilir. Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2011-ci ildə ÜDM-in artım tempinin 1,8%, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı isə 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR