Tarif (Qiymət) Şurasının katibi: “Yeni tariflərin əhalinin sosial vəziyyətinə ciddi təsiri gözlənilmir”
- Elşən müəllim, Azərbaycan Tarif (Qiymət) Şurasının son qərarı ilə bağlı ətraflı məlumat verərdiniz...
- Tarif (Qiymət) Şurasının dünən keçirilmiş iclasında aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılıb və müvafiq qərarlar qəbul edilib. Aparılmış tarif dəyişikliklərinin əsas səbəbi mövcud tariflərin bu xidmətlərə çəkilən xərcləri ödəməməsi ilə yanaşı, bu sahədə təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır. Təhlillər göstərir ki, hər 3 sahədə tariflərin dəyişdirilməsi iqtisadi zərurət kimi qarşıya çıxmışdı. Məsələn, dəmir yolunda mövcud ölkədaxili sərnişindaşıma tarifləri sonuncu dəfə 1997-ci ildə təsdiq edilmişdi. Bu dövrdə dəmir yolu ilə sərnişindaşımanın maya dəyərində əsas paya malik enerji daşıyıcılarının qiymətləri orta hesabla 3 dəfə artıb. Ümumilikdə tarif tənzimlənməsi iqtisadi cəhətdən əsaslandırılaraq, sosial məsələlər nəzərə alınmaqla kompleks şəkildə həyata keçirilir və istehlakçıların daha keyfiyyətli xidmətlərlə təminatına, təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinə yönəldilir.
Konkret sahələrə gəldikdə isə, universal poçt xidmətləri üzrə mövcud tariflər 2002-ci ilin oktyabr ayında təsdiq edilib. Hazırda universal poçt xidmətlərinin maya dəyəri mövcud tarifləri orta hesabla 3,2 dəfə üstələyir. Tariflərin xərclərə uyğunlaşdırılmaması səbəbindən “Azərpoçt” MMC-nin universal poçt xidmətləri üzrə zərəri 5 mln. manatdan çoxdur. Bu isə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin səmərəli təşkilinə imkan vermirdi. Bununla yanaşı, “Azərpoçt” MMC üzrə bir nəfərin orta aylıq əmək haqqı 133 manat təşkil edir ki, bu da respublika üzrə olan orta göstəricidən 2,4 dəfə aşağıdır. Analoji problemləri tarif tənzimləməsi aparılan digər sahələrə də aid etmək olar.
- Tarif (Qiymət) Şurasında su və kanalizasiya xidmətlərinin tariflərinə də baxılıb...
- Bəli, Tarif (Qiymət) Şurasında “Azərsu” ASC-nin müraciətinə də baxılıb və yeni tariflər müəyyənləşdirilib. Hazırda “Azərsu” ASC-nin xərclərinin 30,4%-ni əmək haqqı, 28,3%-ni elektrik enerjisi xərcləri təşkil edir. Bununla belə, Səhmdar Cəmiyyətində orta aylıq əmək haqqı respublika üzrə orta göstəricidən xeyli aşağıdır. Qeyd edim ki, sudan xammal kimi istifadə edən istehlakçılar üçün tariflər dəyişdirilməyib, hazırkı səviyyədə saxlanılıb. Bu, sudan xammal kimi istifadə etməklə məhsul istehsalçılarının xərclərinin, eləcə də bu məhsulların qiymətinin dəyişməməsi deməkdir. Eyni zamanda əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 kubmetrdən 5 kubmetrə endirilib ki, bu da belə abonentlərin hər ay daha az vəsait ödəməsi deməkdir. Əksər ölkələrdə aylıq adambaşına su istehlakı göstəricisi 3-5 kubmetr arasında dəyişir. İclasda 1 kubmetr suyun maya dəyərinin tariflərdən xeyli aşağı olması nəzərə alınaraq sudan istifadə xidmətlərinin tarifləri ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 kubmetr üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edilib. Tarif dəyişikliyindən sonra yeni normalar nəzərə alınmaqla bir nəfərin aylıq əlavə xərci şəhər yerlərində 42 qəpik, kənd yerlərində isə 41 qəpik təşkil edəcək. Bu isə adambaşına su təchizatı və kanalizasiya xidməti üçün xərclərinin 1,32 manatdan 1,8 manata dəyişməsi deməkdir.
Tarif dəyişiklikləri “Azərsu” ASC-nin cari istismar xərclərinin ödənməsinə, sudan qənaətlə istifadə olunmasına, israfçılığın qarşısının alınmasına, xidmətin keyfiyyətinin yüksəlməsinə imkan yaradacaq. Məsələ müzakirə olunarkən son illər ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Bakı şəhəri üzrə sayğaclaşmanın 94%-ə çatdırılması, yığımın səviyyəsinin artırılması kimi məsələlər də xüsusi olaraq qeyd olunub, bu sahədə tədbirlərin daha da gücləndirilməsi barədə tövsiyələr verilib.
- Dəmir yolunda sərnişindaşıma tariflərinin dəyişdirilməsi hansı zərurətdən irəli gəlir?
- Qeyd etdiyimiz kimi, dəmir yolu ilə sərnişindaşıma tariflərinə sonuncu dəfə 1997-ci ildə baxılmışdı. Bu dövrdə dəmir yolu ilə sərnişindaşımanın maya dəyərində əsas paya malik enerji daşıyıcılarının qiymətləri orta hesabla 3 dəfə artmışdı. Bu fəaliyyət növü üzrə “Azərbaycan Dəmir Yolu” QSC-nin xərcləri 54,6 mln. manat, gəlirləri isə 5 mln. manat ətrafındadır. 2009-cu ilin yekunlarına əsasən, cəmiyyətin bu xidmət üzrə zərəri 49,4 mln. manat təşkil edib. Tariflərə gəldikdə isə bir nümunə göstərmək istəyirəm. Məsafəsi 450 km-dən çox olan Bakı-Qazax adi qatarında ümumi vaqonda qiymət 1,46 manat, yataq plaskart vaqonda 1,9 manat, kupedə 2,90 manat, SV tipli vaqonlarda isə 5,22 manat idi ki, bu qiymətlə həmin istiqamətdə avtobuslarda 1 nəfər üçün təqribən 8 manat, minik avtomobillərində isə təxminən 20-25 manat səviyyəsindədir. Başqa sözlə, tariflər alternativ nəqliyyat vasitələrinin qiymətlərindən dəfələrlə aşağı idi. Bundan başqa, hər 100 km məsafəyə qiymətlər kupe vaqonlarda Gürcüstanda 3,2 manat, Ukraynada 4,2 manat, Belarusda və Rusiyada isə 7,6 manat olduğu halda, Azərbaycanda bu rəqəm 70 qəpik təşkil edirdi. Göründüyü kimi, dəmir yolunda tətbiq edilən əvvəlki tariflər onun xərclərindən dəfələrlə aşağıdır. Mövcud problemin qismən də olsa aradan qaldırılması və bu sahədə keyfiyyətli xidmətin göstərilməsi üçün “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin müraciəti əsasında müvafiq tariflərə baxılıb və yeni tariflər qəbul edilib. Yeni tariflərin dəyişdirilməsi ilə yanaşı, bu sahədə xidmətin keyfiyyətin artırılması üzrə tövsiyələr verilib. Tarif dəyişikliyi nəticəsində Səhmdar Cəmiyyət üzrə ildə 13 mln. manata yaxın əlavə vəsaitin əldə edilməsi gözlənilir ki, bu da dəmir yolunun maliyyə imkanlarını genişləndirəcək, xidmətlərdə keyfiyyətin yaxşılaşdırılmasına da köməklik göstərəcək. Qeyd etmək lazımdır ki, hətta yataq dəstinin qiyməti və komisyon xərclər də biletin qiymətinə daxil edilməklə yeni tariflər MDB ölkələrində tətbiq edilən müvafiq tariflərdən xeyli aşağıdır.
- Tarif (Qiymət) Şurasının yeni qərarının sosial təsiri qiymətləndirilibmi?
- Aidiyyəti qurumlardan daxil olmuş müraciətlər araşdırılarkən əhaliyə sosial təsiri nəzərə alınmaqla yeni tariflərə kompleks baxılıb. Əvvəldə də qeyd etdiyim kimi, hesablamalarımıza əsasən, suya tətbiq edilən yeni tariflər üzrə əhalinin adambaşına düşən xərcləri Bakı şəhərində 42 qəpik, regionlarda isə 41 qəpik təşkil edəcək ki, bu da əhalinin büdcəsinə elə də ciddi təsir göstərməyəcək. Belə ki, əhalinin adambaşına düşən xərclərində bu artımın xüsusi çəkisi 0,17% təşkil edəcək.
Bundan başqa, ötən il pensiyaların baza hissəsi və minimum əmək haqqı 13%, sosial müavinətlər 20%, qaçqın və məcburi köçkünlərin yemək xərcləri 11%, tələbə və doktorantların təqaüdləri 20% artırılıb. Eləcə də 2011-ci il üçün yaşayış minimumu 85 manatdan 95 manata, ünvanlı dövlət sosial yardımı alanlar üçün ehtiyac meyarı 65 manatdan 75 manata qədər qaldırılıb. Ölkədə sosial müdafiə tədbirlərinin davamlılığını nəzərə alsaq, bütövlükdə yeni tariflərin əhalinin sosial vəziyyətinə ciddi təsiri gözlənilmir.
Maliyyə
YENİLƏNİB'>
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
Xəbər Lenti
Tramp İrana 300 milyon dollar ödəniləcəyi barədə xəbərləri təkzib edib
DÇ-2026: İran-Yeni Zelandiya matçında qalib müəyyənləşməyib
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
"Bitcoin"in qiyməti 66 min dolları ötüb
Hindistan uzaqmənzilli LRLACM qanadlı raketini sınaqdan keçirib
Yəmən sahillərində tanker qumbaraatanla atəşə tutulub
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib
Vens: Hörmüz boğazından keçid 60 gün ərzində ödənişsiz olacaq
KİV: Avropa və Yaxın Şərqdə "Patriot" çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır
DÇ-2026: Səudiyyə Ərəbistanı Uruqvayla heç-heçə edib
Aİ Ukrayna üçün əlavə 45 milyard avro cəlb etməyi planlaşdırır
Rusiyada Tu-22M3 bombardmançısı qəzaya uğrayıb
Kubada 5,3 bal gücündə zəlzələ baş verib
Netanyahu: İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik
Şirvanda 32 yaşlı kişi bıçaqlanıb
Aİ Moldova ilə üzvlük danışıqlarına rəsmən başlayıb
DÇ-2026: Belçika Misirlə heç-heçə edib
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
Tramp: Hörmüz boğazında gəmiçilik ödənişsiz olacaq
Azərbaycanda Məhərrəm ayı başlayıb
Göyçayda güclü külək fəsadlara yol açıb
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
Ermənistan iyunun 17-də öz ərazisində ABŞ ilə birgə hərbi təlimlərə başlayacaq
Reuters: Hörmüz boğazının minalardan təmizlənməsi 50 günə qədər çəkə bilər
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
Vens: ABŞ İranla zənginləşdirilmiş uran ehtiyatlarının məhvini müzakirə edir
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
DÇ-2026-da ilk sensasiya: İspaniya Kabo Verde ilə oyunda xal itirib
Vens: ABŞ İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır
Əraqçi: ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri iyunun 19-da Cenevrədə görüşə bilər
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Tramp İranla razılaşmaları Vensin imzalayacağını təsdiqləyib
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
KİV: ABŞ-İran anlaşma memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar
Kamran Əliyev və Muhsin Şentürk Qarsdakı Baş Konsulluğu ziyarət ediblər
HHQ komandanı: Baltikyanı ölkələrə hücum olsa, Almaniya Kalininqrad və Sankt-Peterburqa zərbə endirə bilər
Rusiya XİN Krım və ona bitişik dəniz əraziləri ilə bağlı beynəlxalq arbitraj işində qələbə qazandığını açıqlayıb
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
Bakıda narkokuryerdə 9 kq narkotik aşkarlanıb-VİDEO
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
Tovuzda kanalda meyit tapılıb - YENİLƏNİB
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Zaqatalada maşın aşıb, ölən var
Ralf Horlemann: Avropa İttifaqının Azərbaycana olan marağı son illərdə daha da artıb
Ağdamda kişi tanışını güllələyib
Bəqai: Cenevrə görüşündən əvvəl region ölkələrinə səfər ediləcək