Azərbaycan Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
Azərbaycanın 2010-cu il icmal büdcəsinin gəlirləri 19,3 mlrd. manat və ya 125,2 faiz, icmal büdcənin xərcləri isə 13,5 mlrd. manat və ya 94,7 faiz icra olub. Dövlət büdcəsinin mədaxili 11,4 mlrd. manat və ya 99,1 faiz, xərcləri isə 11,8 mlrd. manat və ya 95,9 faiz təşkil edib. 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquqi-mühafizə və prokurorluq orqanlarının saxlanılması, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 11,6 faizədək çox vəsait yönəldilib. Hesabat dövründə dövlət büdcəsinin cari xərclərinin 3,7 mlrd. manatı və ya 31,5 faizi sosialyönümlü xərclərin maliyyə təminatına sərf edilib ki, bu da 2009-cu illə müqayisədə 120,0 milyon manat və ya 3,3 faiz çoxdur.
İclasda qeyd olunub ki, 2011-ci il yanvar ayının 27-də prezident İlham Əliyevin tapşırığı əsasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilərək, respublikada bu sahədə görülən işlər müzakirə edilib və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı müvafiq dövlət orqanlarına, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarına bir sıra tapşırıqlar verilib.
Ş. Şərifov maliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bir sıra qurumlara, o cümlədən Dövlət Maliyyə Nəzarəti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət, Dövlət Sığorta Nəzarəti Xidmətlərinə, Dövlət Xəzinədarlığı Agentliyinə və Nazirliyin Vergi siyasəti və gəlirlər, Uçot siyasəti şöbələrinə konkret tapşırıqlar verib. Nazir bildirib ki, Maliyyə Nazirliyi sistemində korrupsiyaya qarşı mübarizə sahəsində səmərəliliyinin artırılması məqsədilə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə baxılmasında operativlik artırılmalı, bu müraciətlər üzrə xidməti araşdırmaların aparılması işi daha da təkmilləşdirilməlidir. Nazirliyin müvafiq qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilərək, əsassız yoxlamalar aparılmamalı, inzibati vəzifə tutan dövlət qulluqçuları tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliklə qadağan olunmuş hallara yol verilməməlidir: “Bütün yoxlamalar dövlət başçısının fərmanına uyğun olaraq əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılmalıdır. Yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin olunmalıdır. Eyni zamanda, nazirliyin ayrı-ayrı qurumlarına müxtəlif fəaliyyət növləri üzrə lisenziyalar almaq üçün sahibkarlar tərəfindən edilən müraciətlərə vaxtında cavab verilməli, sahibkarların qanuvericilikdə nəzərdə tutulmuş hüquqları təmin olunmalıdır”.
Nazir bildirib ki, 2011-ci ildə qarşıda duran mühüm vəzifələrdən biri də «Büdcə sistemi haqqında» qanuna müvafiq olaraq 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilidir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq bir sıra normativ aktlar qəbul edilib.
Çıxışlarda bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcənin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında nöqsanlara yol verildiyi, hesabat və məlumatların vaxtında və keyfiyyətlə nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunub. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə işlərində dönüş yaradılması üçün müvafiq tapşırıqlar verilib.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərarlar qəbul edilib.
Maliyyə
YENİLƏNİB'>
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
Xəbər Lenti
Tramp İrana 300 milyon dollar ödəniləcəyi barədə xəbərləri təkzib edib
DÇ-2026: İran-Yeni Zelandiya matçında qalib müəyyənləşməyib
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
"Bitcoin"in qiyməti 66 min dolları ötüb
Hindistan uzaqmənzilli LRLACM qanadlı raketini sınaqdan keçirib
Yəmən sahillərində tanker qumbaraatanla atəşə tutulub
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib
Vens: Hörmüz boğazından keçid 60 gün ərzində ödənişsiz olacaq
KİV: Avropa və Yaxın Şərqdə "Patriot" çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır
DÇ-2026: Səudiyyə Ərəbistanı Uruqvayla heç-heçə edib
Aİ Ukrayna üçün əlavə 45 milyard avro cəlb etməyi planlaşdırır
Rusiyada Tu-22M3 bombardmançısı qəzaya uğrayıb
Kubada 5,3 bal gücündə zəlzələ baş verib
Netanyahu: İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik
Şirvanda 32 yaşlı kişi bıçaqlanıb
Aİ Moldova ilə üzvlük danışıqlarına rəsmən başlayıb
DÇ-2026: Belçika Misirlə heç-heçə edib
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
Tramp: Hörmüz boğazında gəmiçilik ödənişsiz olacaq
Azərbaycanda Məhərrəm ayı başlayıb
Göyçayda güclü külək fəsadlara yol açıb
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
Ermənistan iyunun 17-də öz ərazisində ABŞ ilə birgə hərbi təlimlərə başlayacaq
Reuters: Hörmüz boğazının minalardan təmizlənməsi 50 günə qədər çəkə bilər
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
Vens: ABŞ İranla zənginləşdirilmiş uran ehtiyatlarının məhvini müzakirə edir
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
DÇ-2026-da ilk sensasiya: İspaniya Kabo Verde ilə oyunda xal itirib
Vens: ABŞ İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır
Əraqçi: ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri iyunun 19-da Cenevrədə görüşə bilər
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Tramp İranla razılaşmaları Vensin imzalayacağını təsdiqləyib
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
KİV: ABŞ-İran anlaşma memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar
Kamran Əliyev və Muhsin Şentürk Qarsdakı Baş Konsulluğu ziyarət ediblər
HHQ komandanı: Baltikyanı ölkələrə hücum olsa, Almaniya Kalininqrad və Sankt-Peterburqa zərbə endirə bilər
Rusiya XİN Krım və ona bitişik dəniz əraziləri ilə bağlı beynəlxalq arbitraj işində qələbə qazandığını açıqlayıb
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
Bakıda narkokuryerdə 9 kq narkotik aşkarlanıb-VİDEO
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
Tovuzda kanalda meyit tapılıb - YENİLƏNİB
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Zaqatalada maşın aşıb, ölən var
Ralf Horlemann: Avropa İttifaqının Azərbaycana olan marağı son illərdə daha da artıb
Ağdamda kişi tanışını güllələyib
Bəqai: Cenevrə görüşündən əvvəl region ölkələrinə səfər ediləcək