Bank Of Baku

«Bank Standard» ötən il depozit portfelini 2 dəfədən çox artırıb

«Bank Standard» ötən il depozit portfelini 2 dəfədən çox artırıb
# 02 fevral 2011 09:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 601,755 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin sonuna olan göstərici ilə müqayisədə 15,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 1,1% artaraq 374,700 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 42% artaraq 75,364 mln. manata çatıb. Təhlil aparılan il ərzində bankın depozit portfeli 2,2 dəfə artaraq 362,054 mln. manat, o cümlədən müddətli depozitlər 275,431 mln. manat, tələb olunanadək depozitlər isə 48,170 mln. manat olub.

Həmçinin, bankın məcmu kapitalı 1,6% azalaraq 72,307 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,2% artaraq 75 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirləri 8,7% azalaraq 68,110 mln. manat, o cümlədən faiz gəlirləri 52,334 mln. manat, qeyri-faiz gəlirləri 15,777 mln. manat, xərcləri 12,3% artaraq 67,507 mln. manat olub. Nəticədə, ötən il bankın mənfəəti 18,5 dəfə azalaraq 0,604 mln. manata çatıb. Bu dövr ərzində bankın müştərilərinin sayı 32% artaraq 115 730-ə, o cümlədən hüquq şəxslərin sayı 4 145-ə, fiziki şəxslərin sayı isə 115 585-ə çatıb.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 67 bankomatı, 420 POS-terminalı və 437 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR