Bank Of Baku

Bakıda Azərbaycan-Yunanıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilir - FOTOSESSİYA

Bakıda Azərbaycan-Yunanıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 02 fevral 2011 10:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yunanıstanla Azərbaycana arasında əməkdaşlığın yeni mərhələsi başlayır. “APA-Economics”in xəbərinə görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Yunanıstan iqtisadi, sənaye və texnologiya sahələrində əməkdaşlıq üzrə birgə komissiyanın iclasında Yunanıstan xarici işlər nazirinin müavini, hökumətlərarası komissiyanın sədri Spiridon Kuvelis bildirib.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, sənaye və energetika naziri Natiq Əliyev iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 160 mln. dollar olub ki, bunun da 140 mln. dolları Azərbaycandan gedən ixracın payına düşür: “Azərbaycan bu tədbirə ciddi hazırlaşıb. Müxtəlif nazirliklərdən təkliflər toplanaraq Yunanıstan tərəfinə göndərilib və müvafiq cavab alınıb”.

S.Kuvelis qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin artması üçün xeyli imkanlar var: “Yunanıstanın neft emalı, yüngül sənaye və bərpa olunan enerji sahələri üzrə böyük təcrübəsi var. Yunanıstanda son zamanlar böyük sürətlə inkişaf etmiş konsaltinq xidmətləri də əməkdaşlıq üçün böyük sahə ola bilər. Biz həmin şirkətlərin siyahısını Azərbaycan tərəfinə təqdim etmişik. Yunanıstanın böyük təcrübəyə malik tikinti şirkətləri nəhəng yol çəkilişi, hidroelektrik stansiyalar və böyük enerji obyektlərinin tikintisində də iştirak edə bilərlər. Eyni zamanda turizm sahəsində əməkdaşlığımızı dərinləşdirə bilərik. Yunanıstan hər il 16 mln. turist qəbul edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR