Bank Of Baku

«Bank of Baku» 30 mininci kiçik biznes kreditini rəsmiləşdirib - FOTO

«Bank of Baku» 30 mininci kiçik biznes kreditini rəsmiləşdirib - <font color=red>FOTO</font>
# 02 fevral 2011 10:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC sayca 30 mininci kiçik biznes kreditini rəsmiləşdirib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 30 mininci kiçik biznes krediti bankın «Əhmədli» filialına müraciət edən 24 yaşlı Ələkbər Əliyevə verilib. Müsbət kredit tarixcəsinə malik olan Ə.Əliyevə 2 min ABŞ dolları məbləğində 12 ay müddətinə komissiya ödənilmədən simvolik olaraq illik 1% dərəcəsi ilə kredit ayrılıb.

Bundan başqa, faydalı kreditlə bərabər «Bank of Baku»nun 30 mininci kiçik biznes krediti müştərisinə hədiyyə paketi (bir il müddətinə «MasterCard Gold» plastik kartı (sığorta məbləği tətbiq edilmədən və xidmət haqqı ödənilmədən), 6 ay müddətinə «SMS Banking» və 1 il müddətinə «Enternet Banking» xidmətlərinə pulsuz qoşulmaq imkanı) də təqdim olunub.

Hazırda «Bank of Baku»da sadələşdirilmiş şərtlərlə təklif edilən kiçik biznes kreditlərinin həcmi illik 25%-dən başlayan faizlərlə 300 - 30 000 dollar (və ya manat ekvivalenti) təşkil edir. Ümumilikdə, «Bank of Baku» öz fəaliyyəti dövründə biznes subyektlərinin kreditləşməsinə müxtəlif valyutalarda 300 mln. manatdan artıq vəsait ayırıb.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvar ayının 1-nə bankın ölkə üzrə 16 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR