Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi yanvarda 29% azalıb

Bakı Fond Birjasının dövriyyəsi yanvarda 29% azalıb
# 02 fevral 2011 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 2009-cu illə müqayisədə 28,6% azalaraq 181,1 mln. manat təşkil edib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat ayında korporativ qiymətli kağızlar bazarı 2010-cu ilin yanvar ayı ilə müqayisədə 2,3 dəfə artıb.

Ötən ay korporativ istiqraz bazarı 2,6 dəfə, o cümlədən korporativ istiqrazların ilkin bazarı 2,2 dəfə, təkrar bazarı isə 2,8 dəfə artıb. Yanvarda səhm bazarı 2010-cu ilin analoji ayına nisbətən 30,2% azalaraq 2,050 mln. manat təşkil edib. Səhmlərin ilkin bazarı 9% artdığı halda, təkrar bazar 3,5 dəfə azalıb.

Korporativ qiymətli kağızlar bazarı

Bazarın seqmentləri

Yanvar, 2011

Yanvar, 2010

Nisbət
(%-lə)

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar (yerləşdirmə)

13 003 501,00

7

6 015 501,01

8

2,2 dəfə

Korporativ istiqrazlar (təkrar bazar)

31 690 179,37

9

11 093 085,29

3

2,8 dəfə

Kİ bazarı cəmi

44 693 680,37

16

17 108 586,30

11

2,6 dəfə

Səhmlər (yerləşdirmə)

1 635 000,00

5

1 500 000,00

2

9%

Səhmlər (təkrar bazar)

415 432,28

167

1 438 724,68

178

-3,5 dəfə

Səhm bazarı cəmi

2 050 432,28

172

2 938 724,68

180

-30,2%

KQK bazarı cəmi

46 744 112,65

118

20 047 310,98

191

2,3 dəfə



Bundan başqa, 2011-ci ilin yanvar ayında dövlət istiqrazları bazarı 15,1 dəfə azalıb. Ümumiyyətlə, hesabat ayında dövlət qiymətli kağızlar bazarı 2010-cu ilin yanvar ayına nisbətən 11,3% artıb. Bu da əsasən notların ilkin bazarında yanvarda 3,6 dəfəlik artımla bağlıdır.

Dövlət qiymətli kağızlar bazarı


Bazarın seqmentləri

Yanvar, 2011

Yanvar, 2010

Nisbət
(%-lə)

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (AMN)  (yerləşdirmə)

0,00

0

13 963 680,08

8

-

Dİ (AMN)
(təkrar bazar)

1 031 472,00

1

1 607 391,28

3

-35,8%

Dİ bazarı cəmi

1 031 472,00

1

15 571 071,36

11

-15,1 dəfə

Notlar (AMB) (yerləşdirmə)

48 927 612,10

19

13 589 882,97

7

3,6 dəfə

Notlar (AMB)
(təkrar bazar)

0,00

0

0,00

0

-

Not bazarı cəmi

48 927 612,10

19

13 589 882,97

7

3,6 dəfə

Repo əməliyyatları

84 396 606,97

30

91 553 498,94

75

-7,8%

DQK bazarı cəmi

134 355 691,07

50

120 714 453,27

93

11,3%


Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AR MB – Azərbaycan Mərkəzii Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR