Bank Of Baku

«Gəncəbank» ötən il mənfəətini kəskin artırıb

«Gəncəbank» ötən il mənfəətini kəskin artırıb
# 02 fevral 2011 13:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 41,808 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə olan göstəricidən 7,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 8,4% artaraq 29,202 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 51% azalaraq 1,066 mln. manat, Azərbaycan İpoteka Fondunun xəttilə verilən kreditlərin həcmi isə 91% artaraq 2,556 mln. manat olub. Həmçinin, bankın depozit portfeli 4,9% artaraq 3,108 mln. manat, o cümlədən əhalinin əmanətləri 44% azalaraq 0,234 mln. manat, müddətli depozitlər 13% artaraq 2,874 mln. manata çatıb. Bankın məcmu kapitalı 0,2% artaraq 16,616 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirləri 18% artaraq 4,017 mln. manat, xərcləri isə 8,3% azalaraq 2,855 mln. manat olub. Nəticədə, 2010-cu ildə bankın mənfəəti 3,7 dəfə artaraq 1,162 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın müştərilərinin sayı 19,6% artaraq 2 791-ə, aktiv plastik kartlarının sayı 28% artaraq 563-ə, işçilərin sayı 3,9% azalaraq 73 nəfərə, orta aylıq əmək haqqı isə 43% artaraq 803 manata çatıb.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 6 bankomatı və 14 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR