Bank Of Baku

Yanvarda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 44% azalıb

Yanvarda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 44% azalıb
# 02 fevral 2011 14:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 36 ticarət sessiyasında 20 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 9 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatların həcmi 62,796 mln. manat və ya dollar ekvivalentində 78,880 mln. təşkil edib. Bu isə ötən ilin dekabr ayı ilə müqayisədə 44%, ötən ilin yanvar ayı ilə müqayisədə isə 1,7% azdır.

Hesabat ayında həmçinin Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 4,382 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 3,944 mln. dollar təşkil edib.

Eyni zamanda, yanvar ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya Azərbaycan Beynəlxalq Bankı (40,69%), «Azərbaycan Sənaye Bankı» (13,98%), «AGBank» (3,36%), «YapıKredi Bank Azerbaijan» (3,17%) və «Bank Respublika» (1,27%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR