Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi yanvarda 0,2% düşüb

Azərbaycanda dolların birja məzənnəsi yanvarda 0,2% düşüb
# 02 fevral 2011 14:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,2% artıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7967 AZN-dən 0,7952 AZN-dək düşüb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi dekabr ayında 0,7961 AZN-ə bərabər olub. Halbuki, ötən ilin dekabr ayında bu göstərici 0,7975 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında BBVB-nin valyuta bölməsində keçirilən 36 ticarət sessiyasında 9 bankın iştirakı ilə 62,796 mln. manat və ya 78,880 mln. dollar həcmində 20 alqı-satqı əqdi qeydə alınıb. Bu isə dekabr ayı ilə müqayisədə 44% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR