Bank Of Baku

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlər artıb

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlər artıb
# 03 fevral 2011 07:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərin həcmi 2010-cu ilin dekabr ayında 796 mln. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, noyabr ayı ilə müqayisədə bu göstərici 286 mln. manat və ya 56,1% artıb.

Qeyd edək ki, XÖHKS sistemi ilə aparılan ödənişlərin sayında da artım baş verib. Belə ki, bu göstərici əvvəlki ayla müqayisədə 20,6% artaraq 989 minə çatıb.

Dekabr ayında XÖHKS üzrə bir ödənişin ortalama həcmi 805 manat təşkil edib ki, bu da analoji noyabr göstəricisindən 29,4% çoxdur.

Ümumilikdə, 2010-cu il ərzində XÖHKS sistemi ilə 9 786 min ödəniş həyata keçirilib, ödənişlərin məcmu həcmi 6 409 mln. manat, bir ödənişin miqdarı isə 655 manat təşkil edib. Əvvəlki ilə nisbətən əməliyyatların sayı 55,3%, əməliyyatların həcmi 17,5% artıb, bir ödənişin ortalama miqdarı isə 24,4% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR