Bank Of Baku

Azərbaycanda plastik kartların sayı 7% artıb

Azərbaycanda plastik kartların sayı 7% artıb
# 03 fevral 2011 07:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik kartların ümumi sayı 2011-ci il yanvar ayının 1-nə 4,231 mln. ədəd təşkil edib ki, bu da 2010-cu ilin əvvəli ilə müqayisədə 274 min və ya 6,5% çoxdur. Ötən ilin dekabr ayında isə kartların sayı 21 min və ya 0,5% artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu il ərzində debet kartlarla 44,218 mln. əməliyyat aparılıb, əməliyyatların həcmi 5,430 mlrd. manata bərabər olub. Əvvəlki illə müqayisədə əməliyyatların sayı 2,1%, əməliyyatların həcmi isə 10,3% artıb. Debet kartlar üzrə aparılan bir əməliyyatın ortalama həcmi 122,8 manata bərabər olub.

Həmin müddət ərzində kredit kartları ilə 2,286 mln. əməliyyat aparılıb, əməliyyatların həcmi 626 mln. manat təşkil edib. Bu göstəricilər əvvəlki ilə nisbətən müvafiq olaraq 14,7% və 17,7% artıb. Kredit kartları üzrə aparılan əməliyyatların ortalama həcmi 273,8 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR