Bank Of Baku

Azərbaycan kredit bazarında milli valyutanın rolu artır

Azərbaycan kredit bazarında milli valyutanın rolu artır
# 03 fevral 2011 08:56 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci il yanvar ayının 1-nə 9,193 mlrd. manat həcmində olan kredit təşkilatlarının ümumi kredit portfelinin 5,865 mlrd. manatlıq hissəsi manatla təqdim olunan kreditlərin, qalan hissəsi isə xarici valyutada verilən kreditlərin payına düşür. Beləliklə, manatla verilən kreditlərin həcmi valyuta kreditlərini 1,8 dəfə üstələyir.

«Ekonomist» analitik jurnalının ekspertləri «APA-Economics»ə açıqlamasında bildiriblər ki, 2010-cu ilin əvvəlinə olan göstərici ilə müqayisədə manatla verilən kreditlərin xüsusi çəkisi 5,9 faiz bəndi artıb: «Bu da Azərbaycan kredit bazarında dollardan istifadənin azaldığını əks etdirir. Makroiqtisadi baxımdan bu amil ilk növbədə manata etibarlığın artmasını göstərsə də, daha çox borcalanların dolların bahalaşmasından ehtiyatlandığını əks etdirir».

«Passivlər dollarda olanda həmin valyutanın bahalaşması öhdəliklərin də texniki bahalaşmasına səbəb ola bilər. Digər tərəfdən öhdəliklər manatla olduqda, aktiv əməliyyatlar isə dollarla aparıldıqda, dolların ucuzlaşması daha sərfəlidir. Bu baxımdan, dollar ucuzlaşdığı təqdirdə kreditin milli valyutada rəsmiləşdirilməsi daha əlverişlidir», - deyə «Ekonomist»in ekspertləri bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR