Bank Of Baku

Maliyyə Nazirliyi sığortalılara 200 min manatın ödənilməsini təmin edib

Maliyyə Nazirliyi sığortalılara 200 min manatın ödənilməsini təmin edib
# 03 fevral 2011 09:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) tərəfindən 2010-cu il ərzində 200 min manata yaxın sığorta ödənişinin sığortalılara ödənilməsi təmin edilib.

DSNX-dən «APA-Economics»ə verilən məlumata görə, ötən il Xidmətə daxil olan ərizə və şikayətlər qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırılıb: «Aşkar edilmiş sığorta ödənişi verməkdən əsassız imtina, həmçinin sığorta ödənişlərinin verilməsində süründürməçiliyə yol verilməsi halları üzrə qanunvericiliyə uyğun tədbirlər görülüb. Bunun nəticəsi olaraq, DSNX tərəfindən 200 min manata yaxın sığorta ödənişinin sığortaçılar tərəfindən sığortalılara ödənilməsi təmin edilib».

Qeyd edək ki, 2010-cu ildə ölkədə fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 156 mln. manat, sığorta ödənişləri isə 54 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR