Bank Of Baku

«DəmirBank» istehlak kreditləşməsini genişləndirir

«DəmirBank» istehlak kreditləşməsini genişləndirir
# 03 fevral 2011 12:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC kredit siyasətinə uyğun olaraq əhaliyə müxtəlif növ kredit məhsullarının təklifini və istehlak kreditləşməsini genişləndirir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin tələbatını qarşılamaq üçün bank müştərilərə avtomobil krediti, mebel krediti, məişət texnikası krediti, təmir krediti, təhsil krediti, nağd pul krediti, lomard və digər istehlak kreditləri təklif edir. Buna əlavə olaraq «Təhsil və səhiyyə işçilərinə kredit», «Dövlət işçilərinə kredit», «Təqaüdçülərə kredit» və bu kimi kredit proqramları həyata keçirir.

Qeyd edək ki, bankın istehlak kreditləri üzrə ümumi portfeli 2010-cu il ərzində 19,5% artaraq ilin sonuna 69,1 mln. manata çatıb.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR