Bank Of Baku

Martda «Turanbank»ın səhmdarların ümumi yığıncağı keçiriləcək

Martda «Turanbank»ın səhmdarların ümumi yığıncağı keçiriləcək
# 03 fevral 2011 13:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı martın 17-də keçiriləcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yığıncaq İ.Qutqaşenli küç.,85 ünvanında yerləşən bankın baş ofisində keçiriləcək.

Ötən ilin yekunlarına görə, «Turanbank»ın mənfəəti 2,9 mln. manat olub. Yanvarın 1-nə bankın aktivləri 131,5 mln. manat, kredit portfeli 104 mln. manat, depozit portfeli 44,2 mln. manat, məcmu kapitalı 23,6 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR