Bank Of Baku

Bu il Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşmış bir neçə yeni şirkət yaradıla bilər

Bu il Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşmış bir neçə yeni şirkət yaradıla bilər
# 03 fevral 2011 13:55 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, hazırda bazarda həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətlərinin sayı azdır: «Bazardakı tələbi qarşılamaq üçün belə şirkətlərin sayını artırmaq lazımdır».

N.Xəlilov bildirib ki, yaxın vaxtlarda Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən bir neçə yeni sığorta şirkətinə müvafiq lisenziya verilə bilər: «Bir neçə yeni sığorta şirkəti lisenziya üçün Maliyyə Nazirliyinə müraciət edib və hazırda həmin müraciətlərə baxılır».

Qeyd edək ki, hazırda Azərbaycanda həyat sığortası üzrə «Atəşgah Həyat» və «Qala Həyat» sığorta şirkətləri xidmət göstərir. Yaxın vaxtlarda həmçinin «Paşa Həyat» sığorta şirkətinə də lisenziyanın veriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR