Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyi qiymətli kağızların emissiyasını dayandırıb

Azərbaycan Maliyyə Nazirliyi qiymətli kağızların emissiyasını dayandırıb
# 03 fevral 2011 14:22 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, 2011-cu ilin yanvarında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilməyib.

Bunun əsas səbəbi kimi dövlət büdcəsində daxili borc bazarından cəlb edilən əlavə vəsaitlərin zəruri olmadığının göstərilməsi ilə bağlıdır. Xatırladaq ki, dövlət istiqrazlarının əsas vəzifəsi büdcə kəsirinin bir hissəsinin maliyyələşdirilməsidir. Dövlət istiqrazlarının yerləşdirilməməsi iki səbəbdən baş verə bilər. İlk növbədə bu, tələbatın olmaması şəraitində mümkündür. Belə ki, faiz dərəcələrinin aşağı olması, investorların sərəncamında sərbəst vəsaitlərin olmaması və s. amillərin təsiri altında bazarda tələbatın heçə enməsi ilə nəticələnə bilər. Bundan başqa və daha əsaslı səbəb kimi bazarda təklifin olmamasını qeyd etmək olar ki, hazırda məhz həmin tendensiya müşahidə olunur. Belə ki, büdcədə müvafiq zərurət yaranmadığından Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsində maraqlı deyil və büdcənin əlavə maliyyə öhdəliklərini ilə yüklənməsinin qarşısını alır.

Qeyd edək ki, ötən ay müşahidə olunmuş passivlik mövsümi amillərlə bağlı deyil. Belə ki, 2010-cu ilin yanvarında 14 mln. manat həcmində dövlət istiqrazları yerləşdirilib. Göründüyü kimi, bu ilin yanvarında Maliyyə Nazirliyinin buna ehtiyacı olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR